Gəncə həbsxanasında məhkum öldü

Hadisə
05-06-2025 - 18:00
Gəncədəki 2 saylı İstintaq Təcridxanasında saxlanılan şəxsin ölümü qeydə alınıb.
Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Vədət Vaqif oğlu Sadıqov təcridxanada dünyasını dəyişib.
İlkin ehtimallara görə, 46 yaşlı məhbus ciyər qanaxmasından vəfat edib.
Məlumata görə, o, məhkəmənin hökmü ilə 3 il azadlıqdan məhrum edilibmiş.