Füzulidə qazi vəfat etdi - Foto

Hadisə
07-04-2025 - 10:12
Füzuli rayonunda Vətən müharibəsi qazisi vəfat edib.
Ajans.az xəbər verir ki, rayonun İkinci Mahmudlu kənd sakini 1992-ci il təvəllüdlü Bayramov Ayxan Hümbət fevralın 6-da dünyasını dəyişib.
Onun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb.
Qazinin 2 azyaşlı övladı qalıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.