Fransada sürücü qəsdən kütlənin üzərinə maşın sürdü: 10 yaralı

Fransada sürücü qəsdən kütlənin üzərinə maşın sürdü:
Dünya 05-11-2025 - 15:54

Fransanın Atlantik sahillərində yerləşən Oleron adasında bir sürücü piyada və velosipedçilərin arasına avtomobilini sürərək 10 nəfərin yaralanmasına səbəb olub.

Ajans.az BFMTV telekanalına istinadən xəbər verir ki, hadisə qəsdən törədilib. Yaralananlardan bir neçəsinin vəziyyəti ağır, həyati təhlükəlidir.

Sürücü polis tərəfindən saxlanılıb, lakin hadisənin motivi və əlavə təfərrüatlar hələlik açıqlanmayıb.

Leyla Bayandurlu
Vəzifəsi: Müxbir
PAYLAŞ: