Filippində zəlzələ dağıntılara SƏBƏB OLDU
Dünya
30-09-2025 - 22:49
Filippində 6,9 bal gücündə zəlzələ olub.
Ajans.az xəbər verir ki, bu barədə Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi məlumat yayıb.
Zəlzələdən sonra sunami təhlükəsi elan edilməyib.
Qeyd edək ki, yeraltı təkanlar 1 milyon əhalisi olan Sebu şəhərində baş verib.
Zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb, episentri şəhərdən təxminən 20 kilometr uzaqlıqda olub.
Regionda 5,2 bal gücündə afterşok qeydə alınıb.