Ermənistan Rusiyaya NOTA VERDİ

Ermənistan Rusiyaya
Nota
Dünya 04-07-2025 - 20:15

Ermənistan Rusiyaya nota verib.

Ajans.az xəbər verir ki, bu barədə Ermənistan XİN-dən bildirilib.

Rusiya səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim edilib.

Bildirilib ki, Rusiya Federasiyası Dövlət Dumasının ayrı-ayrı deputatlarının dövlət çevrilişi cəhdinin qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının qanuni hərəkətləri ilə bağlı şərhləri və açıqlamaları təkcə təəccüb deyil, həm də hiddət doğurur.

Eyni zamanda, Rusiya mediasında Ermənistan hökumətinə qarşı açıq-aşkar dost olmayan təbliğata qəti etiraz ifadə edilib.

PAYLAŞ:

Sizə daha yaxşı xidmət göstərə bilmək üçün kuki istifadə edirik. Saytı oxumağa davam etməklə siz istifadə qaydaları ilə razılaşmış hesab olunursunuz.