Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutdu

Ermənilər mövqelərimizi atıcı silahlardan
Cəmiyyət 10-04-2025 - 09:05

Aprelin 9-u saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsüskənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Ajans.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumatda bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

    © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

    PAYLAŞ: