Erməni iş adamı Moskvada belə oğurlandı - VİDEO

Yaroslavskiy vağzalı yaxınlığında naməlum şəxslər bir erməni kişini oğurlayıb və avtomobilin baqajında naməlum istiqamətə aparıblar.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Hadisənin ilkin səbəbi həmin şəxsin çeçenlərə və müsəlmanlara qarşı təhqiramiz videolar paylaşmasıdır.
Oğurlanan şəxsin adı “Areq Samveloviç”dir, 40 yaşı var. Bildirilir ki, o, bu cür videoları mütəmadi şəkildə yayımlayıb. Sonuncu paylaşımı isə dünən yayımlanıb.
Videolarda qeyri-etik ifadələr yer alır.
Erməni iş adamı Rusiyada belə oğurlandı pic.twitter.com/JbNud9F15T — Unikal.az (@UnikalOrgPortal) June 4, 2025