Ərdoğandan AÇIQLAMA: Sülh üçün...
Dünya
04-10-2025 - 17:15
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS hərəkatının ABŞ Prezidenti Donald Trampın Qəzza sülh planına verdiyi müsbət cavabla bölgədə sülhü təmin etməyə hazır olduğunu nümayiş etdirdiyini bəyan edib.
Ajans.az xəbər verir ki, o, Yaxın Şərqdə sülh üçün fürsət yarandığını deyib.
“HƏMAS-ın Trampın sülh planına verdiyi reaksiyadan məmnunuq. HƏMAS əvvəlki kimi sülhə hazır olduğunu nümayiş etdirdi. Bunun sayəsində bölgəmizdə davamlı sülhə nail olmaq üçün bir fürsət pəncərəsi açılıb”, - dövlət başçısı bildirib.
R.T.Ərdoğan Qəzza zolağında müharibəyə son qoymaq üçün Türkiyənin əlindən gələni etdiyini vurğulayıb.
Oxşar xəbərlər
Prokurorluq Koçaryan, Ohanyan və daha iki nəfərdən 1,75 mln. dollar TƏLƏB EDİR
Dünya20:15 / 18-11-25