Ərdoğan Türk xalqına BAŞSAĞLIĞI VERDİ

Ərdoğan Türk xalqına
Ərdoğan
Dünya 06-07-2025 - 20:45
 1211

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəhid olan 5 hərbçi üçün başsağlığı verib.

Ajans.az xəbər verir ki, bu barədə Türkiyə lideri sosial şəbəkə hesabında paylaşım edib.
Ölkə rəhbəri bildirib: “Aparılan axtarış əməliyyatı zamanı metan qazından zəhərlənərək xəstəxanaya yerləşdirilən qəhrəman hərbçilərimiz arasında şəhidlərimizin olması xəbərini böyük kədərlə qarşıladım.
Türkiyənin təhlükəsizliyi və türk millətinin əmin-amanlığı uğrunda canlarını riskə atmış qəhrəman hərbçilərimizə Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına və Türk Silahlı Qüvvələrinə başsağlığı verirəm.
Müalicəsi davam edən hərbçilərimizin tezliklə sağalmasını arzu edirəm”.
Yada salaq ki, Şimali İraqda axtarış əməliyyatları zamanı 19 Türkiyə hərbçisi zəhərlənib, onlardan 5-i şəhid olub.

Ajans.az bu paylaşımı sizlərə təqdim edir: 

PAYLAŞ:

Sizə daha yaxşı xidmət göstərə bilmək üçün kuki istifadə edirik. Saytı oxumağa davam etməklə siz istifadə qaydaları ilə razılaşmış hesab olunursunuz.