Ərdoğan Azərbaycanla Ermənistan arasında imzalanan müqavilədən məmnun olduğunu BİLDİRDİ

Ərdoğan Azərbaycanla Ermənistan arasında imzalanan müqavilədən məmnun olduğunu
Ərdoğan
Dünya 23-09-2025 - 20:15

Azərbaycanla Ermənistan arasında daimi sülhə gedən addımların atılmasından məmnunuq.

Ajans.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı deyib.

"Azərbaycan və Ermənistan arasında sülhün təsisi üçün tərəfləri əvvəldən indiyə qədər cəsarətləndirdik", - Ərdoğan bildirib.

O, bu prosesə töhfə verən ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

R.T.Ərdoğan qeyd edib ki, bununla əlaqədər Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi davam edəcək.

PAYLAŞ:

Sizə daha yaxşı xidmət göstərə bilmək üçün kuki istifadə edirik. Saytı oxumağa davam etməklə siz istifadə qaydaları ilə razılaşmış hesab olunursunuz.