Emsan Azərbaycana yüksək məbləğdə MALİYYƏ SANKSİYASI TƏTBİQ EDİLDİ

Emsan Azərbaycan Dövlət Vergi Xidməti tərəfindən yüksək məbləğdə maliyyə sanksiyası tətbiq olunaraq cərimə edilib. Bu barədə Dövltə Vergi Xidmətinin rəsmi səhifəsində qeyd olunub.
Xəbər verdiyimiz kimi Emsan Azərbaycan mağazalar şəbəkəsinin Binəqədi rayonu Cəfər Xəndan 85 B ünvanında alış-veriş edən vətəndaş ədv-ni geri almaq istəsə də QR kodu oxuda bilməmişdi. Bundan əlavə müştəriyə iki müxtəlif VÖEN-lə verilən çekin birində Emsan mağazasının Binəqədi rayonu Cəfər Xəndan küçəsi 85B ünvanı, post terminalla ödənilən çekdə isə Sumqayıtda olan ünvan qeyd olunmuşdu.
Ajans.az məsələ ilə bağlı Dövlət Vergi Xidmətinə sorğu ünvanladıqdan sonra Emsan Azərbaycanla bağlı araşdırma başlanıldı.
Dövlət Vergi Xidmətindən Ajans.az-a bildirildi ki, Ajans.az – da qaldırılmış məsələ ilə bağlı müvafiq nəzarət tədbirləri keçirilmiş və aşkar edilmiş faktlar nəticəsi üzrə rəsmiləşdirilmişdir.
Ajans.az olaraq Emsan Azərbaycanın rtəsmi saytında göstərilən VÖEN-i və müştəriyə verilən çeklərin birində olan VÖEN-i Dövlət Vergi Xidmətinin saytında yoxladıq. Nəticədə Emsan Azərbaycana yüksək məbləğdə maliyyə sanksiyasının tətbiq edilərək cərimə edilməsinin şahidi olduq.
Emsan Azəbaycanın rəsmi səhifəsində qeyd olunan VÖEN üzrə (1404162242) Dövlət Vergi Xidmətinin rəsmi saytında yoxladıqda məlum olur ki, Operativ vergi nəzarəti üzrə - İşlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə işəgötürən arasınnda əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinə Operativ Vergi Nəzarətinin nəticələri haqqında - AKT-a əsasən 4000 manat maliyyə sanksiyası tətbiq edilmişdir.. Operativ vergi nəzarəti üzrə - Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir..
Emsan Azərbaycanda alış – veriş zamanı müştəriyə verilən çekdə qeyd olunan digər VÖEN üzrə (0201314512) Dövlət Vergi Xidmətinin rəsmi saytında yoxladıqda məlum oldu ki, vergi öhdəlikləri üzrə - 2022-ci il üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 2 hal üzrə ümumilikdə 80.00 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi öhdəlikləri üzrə - 2023-cü il üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 1 hal üzrə ümumilikdə 40.00 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
Emsan Azərbaycan rəsmi olaraq məsələyə münasibət bildirməyib.
Müraciətimizə operativ reaksiya verərək tədbir gördüklərinə görə Dövlət Vergi Xidmətinə təşəkkür edirik.