Əkin sahəsində 55 yaşlı kişi MEYİTİ TAPILDI

Kriminal
18-06-2025 - 23:29
Samux rayonunda əkin sahəsində meyit aşkarlanıb.
Ajans.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
1970-ci il təvəllüdlü rayon sakini Z. Məmmədovun meyiti əkin sahəsində tapılıb. İlkin ehtimala görə, 55 yaşlı kişinin ölümünə səbəb ürək tutması olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.