Donald Tramp ilə tezliklə görüşməyim şərtdir - Zelenski

Donald Tramp ilə tezliklə görüşməyim şərtdir -
Dünya 13-10-2025 - 20:41

"Elə mövzular var ki, onu telefonda danışmaq olmur. Buna görə də mənim ABŞ Prezidenti Donald Tramp ilə tezliklə görüşməyim şərtdir".

Ajans.az Report-a istinadən məlumat verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kiyevdə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu görüş tezliklə baş tutacaq.

V.Zelenski onu da qeyd edib ki, artıq Ukraynanın Baş naziri Yuliya Sviridrenko və Prezident Ofisinin rəhbəri Andrey Yermak ABŞ-yə yola düşüblər: "Onların danışığının ardınca bizim Tramp ilə görüşümüz olmalıdır".

PAYLAŞ: