Dəhşətli QƏTL: Küçədə dalınca qaçaraq GÜLLƏLƏDİ - bu ölkədə

İstanbulun Esenler rayonunda bir nəfər kişinin arxasınca qaçaraq onu güllələyib.
Ajans.az xəbər verir ki, qan donduran anlar yaxınlıqdakı təhlükəsizlik kamerasına saniyə saniyə çəkilib.
İstanbulun Esenler səmtində qan donduran qətl hadisəsi baş verib. Naməlum şəxs bir nəfəri küçənin ortasında arxasınca qaçaraq güllələyərək öldürüb. Dəhşətli anlar yaxınlıqdakı təhlükəsizlik kamerasına saniyə saniyə çəkilib.
Hadisə şahidlərinin sözlərinə görə, hücum edən şəxs bir müddət həmin şəxsin arxasınca qaçaraq küçənin ortasında ona bir neçə dəfə atəş açıb. Güllələrə tuş gələn şəxs hadisə yerində ölüb, hücumçu isə sürətlə hadisə yerindən qaçıb.
Hadisə yerinə gələn polis qrupları geniş diametrli araşdırma başladıb. Qətlin motivi hələlik bəlli olmasa da, qaçan təcavüzkarın tutulması istiqamətində işlər davam edir. Qətlə yetirilən şəxsin kimliyi və hadisənin hansı şəraitdə baş verməsi məhkəmə-tibb ekspertizası və təhlükəsizlik bölmələrinin ekspertizası nəticəsində müəyyənləşəcək.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.