Daşkəsəndə kitabxanada YANĞIN

Daşkəsəndə kitabxanada
Hadisə 04-11-2025 - 17:18

Daşkəsən şəhərində kitabxanada yanğın olub.

Ajans.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, şəhərdə ümumi sahəsi 580 m² (hər mərtəbəsi 290 m²) olan ikimərtəbəli kitabxananın 2-ci mərtəbəsində bir otağın tavanı 24 m² sahədə qismən yanıb.

Kitabxananın qalan hissəsi yağından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

PAYLAŞ: