Daha bir Çin maşını DRAMI: Tamamilə PARÇALANDI! - FOTO

Daha bir Çin maşını DRAMI:
Dünya 29-04-2025 - 14:26

Novosibirskdə “Haval Darqo” markalı avtomobil qəzaya uğrayıb, nəticədə parçalanıb.

Ajans.az xəbər verir ki, bu barədə “Qorsite” agentliyi məlumat yayıb.

Qəza aprelin 29-da səhər saatlarında baş verib. Çin avtomobilini idarə edən 60 yaşlı sürücü özünü pis hiss edib və idarəetməni itirib. Bundan sonra avtomobil yüksək sürətlə yol kənarındakı dirəyə çırpılıb. Piyadalardan heç biri xəsarət almayıb.

Sürücü özü dağılmış avtomobildə sıxılmış vəziyyətdə qalıb, daha sonra Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən oradan çıxarılıb. Kişi daha sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: