Cüdoçumuz Avropa çempionatında bürünc medal QAZANDI

Cüdoçumuz Avropa çempionatında bürünc medal
İdman 23-04-2025 - 18:59

Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Təmsilçimiz üçüncü yer uğrunda görüşdə ispaniyalı Fransisko Qarriqosa qalib gəlib.

Bu, Azərbaycan cüdoçularının turnirdə qazandığı ilk mükafat olub.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: