Çirkab suları axıdan FORS MMC sakinləri ittiham etdi: "Evləri sənədsizdir"

Çirkab suları axıdan FORS MMC sakinləri ittiham etdi:
Cəmiyyət 14-04-2025 - 15:49
 87

Sabunçu rayon, Maştağa qəsəbəsi, Daş karxanası adlanan ərazidə çirkab sular dözülməy vəziyyət yaradıb.

Bu barədə Ajans.az-a sakinlər müraciət ediblər. Məlumata görə, “Fors MMC”yə məxsus müəssisə çirkab suları əraziyə axıdır ki, bu da dözülməz qoxuya səbəb olur. 

Ajans.az-da danışan “Fors MMC”nin direktoru Sahib Əliyev maraqlıdır ki, sakinləri ittiham etdi:

“Həmin Kombinat adlanan ərazidə hələ Sovet vaxtından böyük bir müəssisə olub. Həmin orada yaşayan insanlar gəlib oranı zəbt ediblər, o evlərin heç birinin sənədi yoxdur. Əslində həmin o su axıdılan yer Kombinatın ərazisidir, müəssisələrdən axan suları toplamaq üçündür.

Bir neçə dəfə Ekologiya nazirliyinin müvafiq idarələrinə, gəlib görüblər. Gəlib buranı zəbt edib tikəndə bilirdilər hara gəlirlər. O hətta göldür. Orada çox böyük göl var idi və biz onu qurutmuşuq. Maksimum dərəcədə ora axıtmırıq, çirkab sular üçün şambolar düzəltmişik. Halbuki axıtmaq mənim haqqımdır”.

Sahib Əliyev həmçinin qeyd etdi ki, o ərazidə yaşayanlar gətirib evlərinin sənədlərini göstərə bilsələr, hər cür tədbir görəcəklər:

“İsbat eləsələr, hansı tədbiri desələr görərik. Bu məsələni qaldıran adamlar həmin ərazini də zəbt etmək istəyənlərdir”.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. Araşdırmanın davamı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bu gönderiyi Instagram'da gör

Ajans.az (@ajans.az)'in paylaştığı bir gönderi

Cavidan Mirzəzadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: