Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 35 nəfər
Kriminal 18-10-2025 - 10:18

Oktyabrın 17-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Ajans.az xəbər verir ki,bu barədə DİN-in Mətbuat Xidməti məlumat verib.

Axtarışda olduğuna görə ümumilikdə 74, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

PAYLAŞ: