Çin Trampın təhdidləri fonunda sona qədər mübarizə aparmağa QƏRAR VERDİ

Dünya
08-04-2025 - 10:40
Çinin Ticarət Nazirliyi ABŞ prezidenti Donald Trampın Çinə əlavə 50 faizlik gömrük rüsumunun tətbiqi ilə bağlı hədələrinə cavab olaraq “sonuna qədər mübarizə aparacağına” söz verib.
Ajans.az xəbər verir ki, Agentliyin nümayəndəsinin sözlərini Sinxua agentliyi sitat gətirib.
"ABŞ-nin Çinə tarifləri qaldırmaq hədəsi yanlışdır və bir daha ABŞ-nin şantaj xarakterini nümayiş etdirir. Çin bununla heç vaxt razılaşmayacaq. ABŞ təkbaşına israr etsə, Çin sona qədər mübarizə aparacaq", - ölkənin Ticarət Nazirliyi qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Şahanə Paşazadə
Vəzifəsi: Müxbir