Ceyhun Bayramov Türkiyəyə getdi

Cəmiyyət
20-06-2025 - 18:55
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə yola düşüb.
Ajans.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində C.Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında, habelə dəyirmi masalarda və İƏT əlaqə qruplarının iclaslarında iştirakı nəzərdə tutulub.
Nazirin həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.
Mövzular:
Oxşar xəbərlər
Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuli rayonuna gəliblər - VİDEO
Cəmiyyət17:39 / 19-07-25