Cəlilabadda yol qəzası oldu:  XƏSARƏT ALANLAR VAR

Cəlilabadda yol qəzası oldu: 
qəza
Hadisə 04-07-2025 - 20:29

Cəlilabadda yol qəzası olub.

Ajans.az xəbər verir ki, hadisə Yeni Ələt–Astara magistralının Cəlilabad rayonuna giriş hissəsində baş verib.

Belə ki, Astara istiqamətində hərəkətdə olan "Toyota Corolla" markalı avtomobilin sürücüsü idarəetməni qəfil itirib. Nəticədə avtomobil yol kənarındakı mühafizə səddini aşaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ:

Sizə daha yaxşı xidmət göstərə bilmək üçün kuki istifadə edirik. Saytı oxumağa davam etməklə siz istifadə qaydaları ilə razılaşmış hesab olunursunuz.