Namiq Həsənov vəzifəsindən AZAD EDİLDİ

Namiq Həsənov  vəzifəsindən
Cəmiyyət 04-07-2025 - 23:59

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Namiq Həsənov vəzifəsindən azad edilib.

Ajans.az "Report"-a istinadən xəbər verir ki, Muğan bürosunun məlumatına görə, onun yerinə hələlik təyinat aparılmayıb.

Qeyd edək ki, N.Həsənov sözügedən vəzifəyə ötən ilin fevral ayında təyin olunmuşdu.

2018-ci ildən sözügedən vəzifəsinə qədər Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri vəzifəsində çalışıb.

PAYLAŞ: