Cəbhədə telefon möcüzəsi: Əsgəri ölümdən xilas etdi

Cəbhədə telefon möcüzəsi:
Maraqlı 09-06-2025 - 18:41

"Samsung Galaxy S25 Ultra" cəbhədə Ukrayna əsgərinin həyatını xilas etdi - qəlpə bir-başa telefona dəyib, lakin əsgər heç bir xəsarət almayıb.

Ajans.az xarici mətbuata istinadən xəbər verir ki, Ukraynada cəbhə xəttində olan əsgər potensial ölümcül qəlpələrdən xilas olub. Daha maraqlısı odur ki, onu xilas edən cibindəki "Galaxy S25 Ultra" markalı telefon olub. Qəlpə ona dəymək üzrə olanda telefon onu qorudu.

Hadisədən sonra telefonun ekranı sınıb və yararsız hala düşüb. "Samsung" hadisədən sonra işə qarışıb və əsgərdən heç bir pul istəmədən telefonu pulsuz dəyişdirməyi təklif edib.
İnternetdə yayılan bir fotoşəkildə ekranı çatlamış və qəlpələrin deşilməsindən sonra korpusu zədələnmiş "Galaxy S25 Ultra" göstərilir. "Samsung"un titan ərintisi korpusu, öndəki "Gorilla Glass Armor 2" və arxadakı "Victus 2" telefonu normaldan daha davamlı edir.

Tərlan Əmrahova
Vəzifəsi: Müxbir
PAYLAŞ: