Bu tarixdə Ay Yerə ən yaxın nöqtədə olacaq
Maraqlı
05-11-2025 - 08:00
Noyabr ayının super ayı Yerə ən yaxın nöqtədə - 357.000 kilometr uzaqlıqda olacaq.
Ajans.az Euronews kanalına istinadən xəbər verir ki, bu super ay 5 noyabr 2025 tarixində, 17:19-da baş tutacaq.
Bu ilin üç super ayından ikincisi olan noyabr ayının tam ayı adi haldan bir qədər böyük və parlaq görünəcək.
Onu görmək üçün xüsusi avadanlıq tələb olunmasa da, ölçü fərqi çılpaq gözlə görünmür.
Ayın elliptik orbiti səbəbindən super aylar ildə bir neçə dəfə baş verir və 2025-ci ilin sonuncu super ayı dekabr ayında gözlənilir.