Bu sahə Azərbaycanlı sahibkarlar üçün qlobal bazarlara çıxış imkanı yaradır - DETALLAR

" Dropshipping, dünya üzrə ən çox tələbat olan iş modellərindən biridir."
Bu sözləri "Ajans.az"a açıqlamasında sahə üzrə ekspert Adil Rahmanov deyib.
O bildirib ki, bu sahə böyük sərmayə tələb etmir:
" Bu modelin anlayışına gəldikdə isə, məhsulu əlimizdə saxlamadan, stoksuz şəkildə satışını həyata keçirmək mənasını daşıyır və böyük sərmayə tələb etmir. Bu modeldə sifariş gəldikdən sonra müştərinin ödədiyi vəsait ilə tədarükçüdən (optovoydan) məhsul alınır və birbaşa müştərinin ünvanına göndərilir."
Adil Rahmanov əlavə olaraq bildirib ki, bu sahə Azərbaycanlı sahibkarlar üçün qlobal bazarlara çıxış imkanı yaradır:
" Azərbaycan daxili bazarında dropshipping hələ tam inkişaf etməsə də, burada oturaraq dünyanın bir çox ölkəsində rəsmi şəkildə dropshipping üzrə satış həyata keçirmək mümkündür. Bu, sərhədsiz bir iş modeli olaraq, Azərbaycanlı sahibkarlar üçün qlobal bazarlara çıxış imkanı yaradır."
" Hər bir iş modelini öyrənərkən müəyyən çətinliklərlə qarşılaşmaq mümkündür. Lakin bu prosesi mentor dəstəyi ilə keçdikdə, çətinliklər daha asan aradan qalxır. Təhlükəsiz platformalar sırasında "eBay", "Amazon", "Shopify" kimi nüfuzlu saytları misal göstərmək olar.", - deyə sonda o, əlavə edib.