Məşhur "Diana" restoranının qapısı möhürləndi

Məşhur "Diana" restoranının
Cəmiyyət 21-04-2025 - 18:10

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolunda fəaliyyət göstərən Hacıyev Ceyhun Telman oğluna məxsus “Diana” ailəvi istirahət mərkəzində aparılan yoxlama zamanı normativ tələblərin pozulduğunu aşkarlayıblar.

Ajans.az xəbər verir ki, müəssisədə etiket məlumatları olmayan məhsullardan istifadə edildiyi məlum olub. 

Həmçinin məhsulların saxlanması zamanı temperatur rejiminə əməl olunmadığı, texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, mətbəx sahəsinin tələblərə cavab vermədiyi, bəzi işçi masaların və stellajların asan təmizlənə bilən, dezinfeksiyaedici məhlulların təsirinə davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, suyun filtrasiyadan keçirilmədiyi və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində cərimə tətbiq olunub.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: