Bu proqramları telefonunuzdan dərhal silin- 9 TƏHLÜKƏLİ PROQRAM

Bu proqramları telefonunuzdan dərhal silin-
Maraqlı 08-06-2025 - 16:10

"Play Store"da aşkar edilmiş doqquz yeni zərərli proqram silinib. Lakin onlar telefonunuzda quraşdırılıbsa, onları əl ilə silməlisiniz.

Ajans.az xəbər verir ki, ibertəhlükəsizlik firması "Cyble" "Play Store"a daxil olmağı bacaran bir sıra təhlükəli proqramlar müəyyən edib. Bu proqramlar telefona yükləndikdə sizi saxta vebsayta yönləndirir. Daha da pisi, onlar proqram daxilində brauzer açır və sizi rəqəmsal pul kisəsi məlumatlarınızı izləyən səhifəyə yönləndirirlər.

Həmin proqramlar:

Pancake Swap
Suite Wallet
Hyperliquid
Raydium
BullX Crypto
OpenOcean Exchange
Meteora Exchange
SushiSwap
Harvest Finance Blog

Dələduzlar tətbiqlərə "Sushi Swap", "Pancake Swap", "Hyper liquid" və s. kimi məşhur pul kisələri ilə demək olar ki, eyni olan adlar verməklə istifadəçiləri aldadırlar. Bu proqramların bəziləri "Google"a bildirilmiş və silinsə də, onlar telefonunuzda quraşdırılıbsa, siz hələ də onları əl ilə silməlisiniz.

Tərlan Əmrahova
Vəzifəsi: Müxbir
PAYLAŞ: