Bu ölkələrin səhiyyə orqanları əhaliyə XƏBƏRDARLIQ ETDİ 

Bu ölkələrin səhiyyə orqanları əhaliyə
sağlamlıq
Sağlamlıq 16-05-2025 - 07:25

Honq Konq və Sinqapurda COVID-19-un yeni dalğası yayılıb.

Koronavirusun yeni dalğası yayılıb

Ajans.az xəbər verir ki, bu barədə hər iki ölkənin səhiyyə orqanları xəbərdarlıq edib.  

Honq Konqda virusun aktivliyi olduqca yüksəkdir. Təsdiqlənmiş yoluxma hallarının sayı son bir ildə ən yüksək həddə çatıb və ağır yoluxma hallarının sayı da artıb.

Sinqapurun Səhiyyə Nazirliyi yoluxmaların artmasını əhalidə immunitetin zəifləməsi ilə əlaqələndirib. Onlar qeyd ediblər ki, dövriyyədə olan variantların pandemiya dövründəkindən daha yoluxucu və ya daha ağır hallara səbəb olduğuna dair heç bir əlamət yoxdur.

PAYLAŞ:

Sizə daha yaxşı xidmət göstərə bilmək üçün kuki istifadə edirik. Saytı oxumağa davam etməklə siz istifadə qaydaları ilə razılaşmış hesab olunursunuz.