Bu hava limanı BAĞLANIR

Bu hava limanı
Dünya 11-06-2025 - 09:17

Sinqapurda yerləşən aşağı büdcəli aviaşirkət “Jetstar Asia” iyulun 31-də bağlanacaq.

Ajans.az xəbər verir ki, qərara yüksək təchizat xərcləri, hava limanı haqları və rəqabətin artması səbəb olub. 

500-dən çox işçi ixtisar ediləcək, sərnişinlərə isə tam geri ödəniş ediləcək və alternativ reyslər təklif olunacaq.

Bağlanma “Jetstar Airways” və “Jetstar Japan” əməliyyatlarına təsir etməyəcək. Qantas, bu qərarla təyyarə parkını yeniləməyə 500 milyon Avstraliya dolları sərmayə yönəldəcək. “Jetstar Asia” 20 illik fəaliyyəti ərzində Asiyada aşağı büdcəli səyahətə töhfə verən şirkət kimi tanınırdı.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: