Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bu gün
Azərbaycan
Gündəm 05-10-2025 - 07:00

Bu gün – 5 Oktyabr, Müəllimlər Günü bütün ölkəmizdə təntənə ilə qeyd olunur. Bu əlamətdar gün cəmiyyətin ən ali və məsuliyyətli peşələrindən birini icra edən müəllimlərə dərin hörmət və minnətdarlığın ifadəsidir.

Ajans.az xəbər verir ki, hər il oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur.

Bu əlamətdar gün YUNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub.Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir.

Beynəlxalq Müəllimlər Günü bütün dünyada müəllim əməyini qeyd etməyə, parlaq zəkaların və istedadlı gənclərin bu peşəyə cəlb olunmasına və bu sahədə saxlanılmasının həlli yollarını tapmağa və ümumiləşdirmələr aparmağa imkan yaradır.

Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır.

Müəllimlər Günü münasibətilə respublikanın müxtəlif bölgələrində, eləcə də təhsil müəssisələrində bayram tədbirləri, görüşlər və təltif mərasimləri keçirilir. Tədbirlərdə çıxış edən natiqlər müəllim peşəsinin cəmiyyətin inkişafında oynadığı mühüm rolu vurğulayaraq, gənc nəslin formalaşmasında pedaqoqların fədakar əməyinin əvəzsiz olduğunu bildiriblər.

Təhsil işçiləri bu gün münasibətilə dövlət və yerli icra orqanları tərəfindən təltif olunur, Fəxri fərmanlar və təşəkkürnamələrlə mükafatlandırılırlar.

Şagirdlər isə müəllimlərinə həsr olunmuş şeir və musiqi nömrələri ilə çıxış edərək onlara sevgilərini ifadə ediblər. Məktəblərdə bayram əhval-ruhiyyəsi hökm sürür, sinif otaqları gül-çiçəklərlə bəzədilib.

Rəsmi məlumatlara əsasən hazırda Azərbaycanda 150 mindən çox müəllim var. Onlardan 19 930 nəfəri kişi, 1781 nəfəri ibtidai sinif müəllimidir.

PAYLAŞ:

Sizə daha yaxşı xidmət göstərə bilmək üçün kuki istifadə edirik. Saytı oxumağa davam etməklə siz istifadə qaydaları ilə razılaşmış hesab olunursunuz.