Bu gün Anar Ələkbərovun doğum günüdür

Bu gün Anar Ələkbərovun
Siyasət 13-04-2025 - 10:45
 57

Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovun doğum günüdür.

Ajans.az bildirir ki, eyni zamanda Heydər Əliyev Fondunun icraçı direktoru olan Anar Ələkbərov 13 aprel 1977-ci ildə Samux rayonunda anadan olub. O, 1998-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq menecment ixtisası üzrə bakalavr pilləsini bitirib. 2001-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

Anar Ələkbərov 2004-cü ildən Heydər Əliyev Fondunun icraçı direktorudur. Prezidentin 10 iyul 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib. 2014-cü ildə isə Azərbaycan Avtomobil Federasiyasının prezidenti seçilib.

2017-ci ildə Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin edilən Anar Ələkbərov İlham Əliyevin 2019-cu ildə imzaladığı sərəncamla Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilib.

2019 ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunub. 

Qeyd edək ki, Anar Ələkbərov İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərovun oğludur.

PAYLAŞ: