Bu gün 3 bürcə gözlənilməz yerdən PUL GƏLƏCƏK

Bu gün 3 bürcə gözlənilməz yerdən
Maraqlı 22-04-2025 - 11:00

Bu gün ulduzlar bəzi bürclərin cibini sevindirməyə qərarlıdır. Pulun haradan gələcəyi bəlli deyil – itmiş pulqabı, köhnə paltonun cibləri, ya da illərlə unudulmuş bir borcun qəfil qaytarılması. Hər şey mümkündür!

Ajans.az bu günün həmin şanslı 3 bürcünü təqdim edir.

Əkizlər (21 May – 20 İyun)

Əkizlər, bu gün sizə “pul gəlir” əhval-ruhiyyəsi var. Ehtimal ki, illər əvvəl unutduğunuz bir bank hesabı, ya da gözləmədiyiniz bir bonus sizi sevindirəcək. Sosial mediada “scroll” edərkən pul qazandıra biləcək bir yarışma da qarşınıza çıxa bilər. Ayıq olun!

Oxatan (22 Noyabr – 21 Dekabr)

Oxatanlar, qəfil zənglərə və e-maillərə diqqət edin! Bir iş təklifi, ya da köhnə tanışdan gələn maddi dəstək xəbəri sizi təəccübləndirə bilər. Əgər bu gün küçədə beş qəpik görsəniz, alın – bu sizin üçün simvolik də olsa bolluq xəbəridir.

Balıqlar (19 Fevral – 20 Mart)

Balıqlar üçün gün bir qədər sehrlidir. Köhnə bir əşyanızı satmaq, qəfil gələn bir sifariş, ya da sadəcə valideynlərinizin “al, balam, sənə lazım olar” deyib verdiyi pul bu gün sizi tapacaq. Büdcə planlarınızı yenidən gözdən keçirin – gəliriniz dəyişə bilər!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: