Bu çaylarda suyun səviyyəsi artdı

Bu çaylarda suyun səviyyəsi
çay
Cəmiyyət 22-04-2025 - 10:43

Avtomat hidroloji stansiyaların aprelin 22-si saat 9:00-a olan məlumatına əsasən ötən sutka ilə müqayisədə bəzi çaylarda sululuq artıb.

Bu barədə Ajans.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata əsasən Böyük Qafqaz ərazisindən axan Vəlvələçay-Afurcada 21 sm, Katexçay-Qəbizdərədə 11 sm, Qudiyalçay-Qımılda 10 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçay-Ağbaşlarda 2 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəngdə 14 sm,Tərtərçay-Kəlbəcərdə 13 sm, Bərgüşadçay-Əliquluuşağıda 11 sm, Oxçuçay-Bürünlüdə 8 sm, Zabuxçay-Bozlu və Tutqunçay-Comərddə 4 sm artım qeydə alınıb.

PAYLAŞ: