“Brent” neftin qiyməti 64 dollara qədər AZALIB
İqtisadiyyat
05-11-2025 - 09:31
"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 0,05% azalaraq 1 barelə görə 64,41 ABŞ dolları təşkil edib.
Ajans.az xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,8% azalaraq 60,51 ABŞ dollarına bərabər olub.