Beyləqanda bədbəxt HADİSƏ

Beyləqanda bədbəxt
hadisə
Hadisə 06-07-2025 - 21:30

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.

Ajans.az xəbər verir ki, ötən ayın 28-də Beyləqanda yerləşən "Kral" şadlıq sarayında təmir işləri aparan zaman iki usta - Elşən Şahmatı oğlu Cəfərov və Rauf Ərşad oğlu Süleymanov ağır xəsarət alıb.

Onlar Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Xəstəxanada üç gün müalicə aldıqdan sonra Elşən Cəfərov Neyrocərrahiyyə Xəstəxanasına göndərilib və orada əməliyyat edilib.

Əməliyyat olunaz E.Cəfərov bu gün xəstəxanada həyatını itirib.

Hadisə zamanı xəsarət alan Rauf Süleymanovun hazırda müalicəsi rayon xəstəxanasında davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir.

PAYLAŞ:

Sizə daha yaxşı xidmət göstərə bilmək üçün kuki istifadə edirik. Saytı oxumağa davam etməklə siz istifadə qaydaları ilə razılaşmış hesab olunursunuz.