Bəxtiyar Məmmədov TƏLTİF EDİLDİ

Bəxtiyar Məmmədov
Gündəm 05-11-2025 - 14:29

Prezident İlham Əliyev Bakı Metropoliteni əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Ajans.az xəbər verir ki, Bakı Metropoliteninin inkişafında əldə etdikləri yüksək nailiyyətlərə və hərəkətin təhlükəsizliyinin təmin edilməsi sahəsində səmərəli fəaliyyətinə görə təltif edilənlər sırasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun da adı var.

Qeyd edək ki, Bəxtiyar Məmmədov 1997-ci ildə Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirib.  Bir müddət idman jurnalisti kimi fəaliyyət göstərən Bəxtiyar Məmmədov 2009-cu ildən metroda çalışmağa başlayıb. O, “Metro” qəzetində müxbir, daha sonra redaktorun müavini kimi çalışıb.

2016-cı ildə Mətbuat xidmətində rəis müavini olub. 2018-ci ildən isə Mətbuat xidmətinin rəhbəri olub.

PAYLAŞ: