Bərdəyə toya gələn 15 yaşlı Ağdam sakini çayda BOĞULDU

Bərdəyə toya gələn 15 yaşlı Ağdam sakini çayda
Hadisə 09-05-2025 - 18:28

Bərdədə yeniyetmə çayda boğulub.

Ajans.az  xəbər verir ki, Ağdam rayon sakini 15 yaşlı Əli Fərəcov Tərtər çayda boğulub.

Onun Ağdamdan Bərdəyə toy mərasiminə getdiyi deyilir. Hadisənin baş vermə səbəbləri yerli hüquq mühafizə orqanları tərəfindən araşdırılır.
Qeyd edək ki, toy mərasimi keçirilən şadlıq sarayı hadisə baş verən çayın sahilində yerləşir.

Çayda batmış 2010-cu il təvəllüdlü Fərəcov Əli Bəxtiyar oğlunun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: