Bərdədə TƏHLÜKƏ- Uşaqlar hasarın altında QALA BİLƏR

Bərdədə TƏHLÜKƏ- Uşaqlar hasarın altında
Cəmiyyət 05-11-2025 - 16:40

Bərdə şəhərində yerləşən Laçın Peşə Məktəbinin həyətindəki daş hasar bir neçə yerdən uçub.

Ajans.az-ın əldə etdiyi məlumata görə, uçqun halları artıq bir müddətdir davam edir və bu vəziyyət məktəbdə təhsil alan şagirdlər üçün ciddi təhlükə yaradıb.

Məktəbin ərazisində aparılan müşahidələrə əsasən, hasarın bəzi hissələrində dərin çatlar əmələ gəlib, bəzi yerlərdə isə divar tamamilə aşıb. Təhsil müəssisəsinin yaxınlığından şagirdlər və müəllim heyəti mütəmadi keçdiyindən, təhlükə riski daha da artır.

Hadisə ilə bağlı aidiyyəti qurumların məlumatlandırıldığı bildirilir. Yerli sakinlər hasarın vəziyyətinin təcili qiymətləndirilməsini və təhlükəsizlik tədbirlərinin görülməsini zəruri hesab edirlər.

Zərif Sofiyeva
Vəzifəsi: Müxbir
PAYLAŞ: