Baş Prokurorluğun nümayəndə heyəti Argentinada işgüzar səfərdə olub - FOTOLAR

Baş Prokurorluğun nümayəndə heyəti Argentinada işgüzar səfərdə
Baş Prokurorluq
Cəmiyyət 10-04-2025 - 11:30

Azərbaycan Respublikasının Baş prokurorunun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 7-9 aprel tarixlərində BPA-nın İcraiyyə Komitəsinin 59-cu iclasında iştirak məqsədilə Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfərdə olub.

Ajans.az xəbər verir ki, iclas çərçivəsində təşkilatin fəaliyyətinin əsas istiqamətlərini əhatə edən məsələlərə baxılıb, BPA-nın İcraiyyə Komitəsinə hazırda fəaliyyət göstərən və vakant olan regionlar üzrə yeni üzvlərin namizədlikləri nəzərdən keçirilib, habelə təşkilatın Nizamnaməsində rəhbər orqanlara seçkilərin keçirilməsi prosedurlarına təklif olunan dəyişikliklər müzakirə edilib. Bununla yanaşı, Assosiasiyanın növbəti illik iclas və regional konfranslarının təşkili ilə bağlı aparılacaq təşkilati işlər ətrafında müzakirələr aparılıb.

Habelə, İcraiyyə Komitəsinin iclasında BPA-nın rəhbər vəzifələrinə keçirilmiş səsvermə nəticəsində Assosiyasiyanın vitse-prezidenti Baş prokuror Kamran Əliyevin yenidən həmin vəzifəyə 2 il müddətinə, yəni 2027-ci ilədək seçilməsi tövsiyə edilmişdir.

İcraiyyə Komitəsinin iclasında çıxış edən Baş prokurorunun müavini Heydər Məmmədov tədbir iştirakçılarına Azərbaycan Respublikasının Baş prokuroru, Assosiasiyanın vitse-prezidenti cənab Kamran Əliyevin salamlarını çatdıraraq ötən ilin 30 sentyabr - 2 oktyabr tarixlərində Bakıda keçirilmiş BPA-nın 29-cu İllik Konfrans və Ümumi Yığıncağının nəticələrinə dair geniş hesabat təqdim edib.

Heydər Məmmədov çıxışında Bakı Konfransının uzun müddət planlaşdırılan bir təşəbbüs olduğunu və bu tədbirin reallaşmasında cənab Prezident İlham Əliyevin siyasi dəstəyinin mühüm rol oynadığını vurğulayıb,  konfransın uğurlu təşkilində prokurorluq orqanları əməkdaşları ilə yanaşı bir sıra dövlət qurumları və könüllülərin də fəal iştirak etdiyini bildirib. 

Səfər çərçivəsində Baş prokurorun müavini Heydər Məmmədov BPA-nın Prezidenti ilə, həmçinin, Argentina, Braziliya, Birləşmiş Krallıq, Çili, Keniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından olan həmkarları ilə ikitərəfli görüşlər keçirib. 

Görüşlərdə hüquqi əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baş Prokurorluğun nümayəndə heyəti Argentinada işgüzar səfərdə olub - FOTOLAR

Baş Prokurorluğun nümayəndə heyəti Argentinada işgüzar səfərdə olub - FOTOLAR

PAYLAŞ:
Уже в мае всех ждет снег и холод, готовьте одежду
Симоньян заявила о том, что хочет поехать на СВО
Симоньян о борьбе за жизнь мужа Кеосаяна
Сколько домов и денег у семьи Влада Кадони
Чудо: В Москве врачи сказали, что у дочки нет мозга, но она жива!
Какие сладости вообще нельзя покупать в магазинах страны!
Срочное обращение ко всем жителям Чувашии
Интервью девушки с Урала о самой жуткой и страшной секте: СМИ
20-летний парень из Петрозаводска стал ангелом для многих
Появились детали жизни Гитлера от историков:вытряхнули?

Sizə daha yaxşı xidmət göstərə bilmək üçün kuki istifadə edirik. Saytı oxumağa davam etməklə siz istifadə qaydaları ilə razılaşmış hesab olunursunuz.