Bakının bu ərazilərində qaz olmayacaq

Bakının bu ərazilərində qaz
qaz
Gündəm 14-05-2025 - 18:08

Bakının Nərimanov, Səbail, Nizami, Binəqədi və Suraxanı rayonlarındakı mövcud qaz xətlərində görüləcək təmir işlərilə əlaqədar 15.05.2025-ci il tarixdə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Ajans.az-a "Azəriqaz" İB-dən bildirilib.

Qeyd olunan səbəbdən müvafiq olaraq Ə.Əliyev, M.Şərifli, E.Süleymanov, R.Rüstəmov, Naxçıvanski küçələrində, eləcə də M.Ə.Rəsulzadə, Xutor, Biləcəri qəsəbələrinin və Hövsan "MİDA yaşayış kompleksi"nin, həmçinin Motodrom ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

PAYLAŞ: