Bakıda orta aylıq əməkhaqqı 1332 manat oldu

Bakıda orta aylıq əməkhaqqı 1332 manat
İqtisadiyyat 08-04-2025 - 15:07
 187

2025-ci ilin yanvar ayında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,2% artaraq 1332,6 manat təşkil edib.

Bu barədə Ajans.az-a Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Xatırladaq ki, 2025-ci ilin yanvar ayında Azərbaycanda iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 12,8% artaraq 1062,9 manat olub.

PAYLAŞ: