Bakıda “moyka”da faciə - Ölən var

Hadisə
11-06-2025 - 11:16
Dünən paytaxtın Binəqədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Ajans.az Report-a istinadən xəbər verir ki, Əliyev Emin Ramin oğlu avtoyuyucu işlədiyi 7-ci mikrorayon Abay Kunanbayev küçəsində yerləşən avtoyuma məntəqəsində elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.