Bakıda ev yandı- zəhərlənən var

Bakıda ev yandı-
Hadisə 26-09-2025 - 16:22

Bakıda 2 otaqlı ev yanıb, bir nəfər tüstüdən zəhərlənib.

Bu haqda Ajans.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonunda ümumi sahəsi 200 m² olan 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 30 m² sahədə, 1 ədəd kombi aparatı və 1 ədəd kondisioner yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

PAYLAŞ: