Bağ evi olanların DİQQƏTİNƏ: Bu bitki həşəratları UZAQ TUTACAQ

Bağ evi olanların DİQQƏTİNƏ: Bu bitki həşəratları
Maraqlı 23-04-2025 - 13:54

Bağban David Denyer deyir ki, bəzi bitkilər siçovulları dəf edə bilir.

Ajans.az xəbər verir ki, o, Mirror ilə söhbətində yay sakinlərinə bu heyvanları dəf edən gözəl çiçək təklif edib.

Denyer deyir ki, siçovullar insanlara xoş gələn lavandanın kəskin qoxusunu sevmirlər.

"Lavandanın kəskin qoxusu siçovulların və həşəratların bağdakı hər hansı potensial qida qoxusunu almasına mane olacaq və bu, onları maraqlandırmayan bir sahəyə çevirəcək”, - deyə, Denyer bildirib.

Denyer bildirib ki, bu çiçək qablarda, haşiyələrdə və ya çiçək yataqlarında əkilə bilər, həmçinin hedcinq və ya torpaq örtüyü bitkisi kimi istifadə edilə bilər.

Bundan əlavə, “marigolds” da siçovulları dəf edə bilər. Bağbanın sözlərinə görə, heyvanlar nə bu çiçəyin qoxusunu, nə də parlaq rəngini sevmirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: