Azərbaycanlı idmançı bürünc medal QAZANDI

İdman
16-05-2025 - 19:15
Azərbaycan velosipedçisi Qazaxıstanda bürünc medal qazanıb
Azərbaycan velosipedçisi Məryəm Hüseynova Astanada keçirilən Qazaxıstanın açıq çempionatında bürünc medal qazanıb.
Ajans.az xəbər verir ki, Azərbaycan Velosiped Federasiyasından verilən məlumata görə, trek velosipedi yığmamızın üzvü 2009-2010-cu il təvəllüdlü 38 idmançının omnuim yarışında 200 metr məsafəyə sprint üzrə mübarizəsində 3-cü olub.
Eyni yaş kateqoriyasında çıxış edən digər təmsilçimiz Çingiz İsayev isə 40 iştirakçı arasında 4-cü yeri tutub.