Azərbaycanlı Bloger Rusiyada axtarışa verilib - Hüseyn Həsənovdan açıqlama - Yenilənib

Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib
Milyonçu-bloger Hüseyn Həsənov vergi borclarının olmadığını deyib.
Ajans.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə o, “Instagram” sosial şəbəkəsindəki səhifəsində izləyicilərinə müraciət edərkən deyib.
"Bəli, "qiyabi həbs" sərt səslənir, amma əslində hər şey o qədər də dramatik deyil. Vergilərlə bağlı bütün məsələlər hələ ötən il həll edilib", - o yazıb.
Bloger vəkillərinin artıq bu məsələ ilə bağlı iş apardıqlarını sözlərinə əlavə edib.
***
20:16
Ajans.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan əsilli bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib və barəsində qiyabi həbs qərarı çıxarılıb.
H.Həsənov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü hissəsi (çirkli pulların yuyulması) ilə qiyabi ittiham olunub. Hazırda həbs qərarından apellyasiya şikayəti verilir.
Mənbə qeyd edir ki, sosial şəbəkə fenomeni 2024-cü ildən Rusiyada olmayıb, Azərbaycanda məskunlaşıb. Keçən il Moskvada Federal Vergi Xidməti 145 milyon rubl borcuna görə Hüseynə qarşı iddia qaldırıb; şirkətlərinin hesabları bloklanıb.
Çirkli pulların yuyulması ittihamı ilə axtarışa verilən Hüseyn barəsində qiyabi həbs qərarı verilib. Onu yeddi ilə qədər həbs gözləyir.
Qeyd edək ki, H.Həsənov uzun müddət idi Rusiyada yaşayırdı, o, ara-sıra Azərbaycana da gəlirdi.
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, bloger axtarışda olanlar siyahısına salınıb.