Azərbaycanlı - ABŞ polis zabiti oldu

Azərbaycanlı -
Polis
Digər 11-05-2025 - 22:30

Həmyerlimiz ABŞ-də polis zabiti təyin edildi.

Ajans.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əslən Lerikin Gəndov kəndindən olan, Sumqayıtda dünyaya gələn həmyerlimiz Zaur Cəlil Telman oğlu ABŞ-nin paytaxtı Vaşinqtonda xüsusi təyinatlı polis zabiti təyin olunub.

Bu haqda  Z.Cəlil özü açıqlama verib.

1985-ci il təvəllüdlü həmyerlimiz 2006-cı ildən Birləşmiş Ştatlarda yaşayır.

O, uşaq yaşlarından peşəkar cüdo ilə məşğul olub. Bu idman növü üzrə üçqat ABŞ çempionudur. 4 il ardıcıl olaraq Birləşmiş Ştatların ən yaxşı cüdoçusu adına layiq görülüb.

ABŞ Polis Akademiyasını fərqlənmə dipolumu və medalı ilə başa vurub. Bir neçə gün əvvəl isə ABŞ-nin təhlükəsizliyinin keşiyində durmaq üçün təyinat alıb. 

Qeyd edək ki, Vaşinqtonun xüsusi təyinatlı polisləri şəhər meri tərəfindən təyin edilir.

PAYLAŞ: