Azərbaycanın 15 yaşlı güləşçisi Avropa ÇEMPİONU OLDU

Azərbaycanın 15 yaşlı güləşçisi Avropa
güləş
İdman 11-06-2025 - 22:44

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U17 Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.

Ajans.az xəbər verir ki, Azərbaycan təmsilçisi Abdurrahman Hüseynli (45 kq) finalda gürcüstanlı Saba Abaşidze ilə qarşılaşıb.

Görüşün taleyini elə ilk hissədə həll edən 15 yaşlı güləşçi 9:0 hesablı qələbə ilə Avropa çempionu olub.

Elşad Abbasov (51 kq) bürünc medal uğrunda qarşılaşmada macarıstanlı Keve Kovaça 1:3 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Əli Nəzərov (60 kq) finalda ermənistanlı Hayk Manukyanla qarşılaşıb. Rəqibinə 3:11 hesabıyla məğlub olan Nəzərov gümüş medalla kifayətlənib.

Bununla da Azərbaycanın yunan-Roma güləşi üzrə millisi yarışı 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.

Qeyd edək ki, iyunun 10-da Rihad İbrahimli (110 kq) Avropa çempionu olub, Qurban Məcnunovla (48 kq) Nicat Yeylaqaliyev (80 kq) isə üçüncü yeri tutub. Milli 116 xalla komanda hesabında 3-cü olub.

Zülfiyə Ağa
Vəzifəsi: Müxbir
PAYLAŞ:

Sizə daha yaxşı xidmət göstərə bilmək üçün kuki istifadə edirik. Saytı oxumağa davam etməklə siz istifadə qaydaları ilə razılaşmış hesab olunursunuz.