Azərbaycandan BƏƏ-yə və əks istiqamətdə pul köçürmələri artıb

Bu ilin birinci rübündə Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) fiziki şəxslərin pul köçürmələrinin həcmi 18,785 milyon ABŞ dolları təşkil edib.
Ajans.az Trendə istinadən xəbər verir ki bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,855 milyon ABŞ dolları və ya 52,1% çoxdur.
Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində BƏƏ-nin payı 4,8% təşkil edib.
Həmçinin cari ilin ilk rübündə BƏƏ-dən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 7,764 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 176 min ABŞ dolları və ya 2,3% artım deməkdir.
Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində BƏƏ-nin payı 3,4% təşkil edib.
2024-cü ilin birinci rübündə Azərbaycandan BƏƏ-yə fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,560 milyon ABŞ dolları, əks istiqamətdə isə 7,588 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dolları və ya 14,3% azdır.
Eyni zamanda hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.